5 gün əvvəl intihara cəhd edən şəxs ölüb - Bakıda

14:55 - 19 Yanvar 2017 - HADİSƏ

Bakıda 5 gün əvvəl kirayə yaşadığı evdə intihara cəhd edən şəxs ölüb. "Report"un xəbərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilən E.İ bu gün orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbər xətti