Bahar Muradova: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir"

12:55 - 19 Yanvar 2017 - SİYASƏT

Milli Məclis sədrinin müavini: “Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”


 “Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.

Xəbər xətti