Obama: "Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil"

11:00 - 19 Yanvar 2017 - Xəbər

"Yaxın Şərqdəki münaqişə bütöv Fələstin dövləti yaradılmadan həll edilə bilməz". Bunu ABŞ prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir, Fələstinə və ABŞ-ın təhlükəsizliyinə xələl gətirir.

Obamanın sözlərinə görə, fələstinlilər və israillilər anlamalıdırlar ki, regional münaqişənin həlli üçün qiymətli vaxt əldə çıxır.

ABŞ prezidenti status-kvonu qeyri-stabil hesab etdiyini də qeyd edib.

Xəbər xətti