Komandan: “Ötən il Daxili Qoşunlarda hərbi qulluqçuların törətdiyi cinayətlərin sayı azalıb”

16:21 - 18 Yanvar 2017 - Xəbər

 "2015-ci illə müqayisədə hərbi qulluqçuların törətdiyi cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb". Bunu daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan naziryanı əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.
Ş.Məmmədov bildirib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib.
Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilib.report

Xəbər xətti