Əfsanəvi kinoteatr “CinemaPlus Azerbaijan”da “Kino gecəsi” keçirilib

11:13 - 18 Yanvar 2017 - Xəbər

Əfsanəvi kinoteatr “CinemaPlus Azerbaijan”da yanvarın 13-dən 14-nə keçən gecə “Kino gecəsi” tədbiri keçirilib. Saat 23:30-dan səhər saat 6:00-dək qonaqlara “Bəd Santa 2”, “Yolkalar 5”  və “Haşhaşilərin kredosu” filmləri nümayiş olunmuşdur. 
Kinoteatrda musiqi müşayiəti ilə yeni il ab-havası var idi. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdur.  
Tədbirin təşkilində dəstək olmuşdurlar:  dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Papa Johns Pizza Azerbaijan və Baltika-Baku pivə zavodu. 
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 


Xəbər xətti