DGK malları dəyərindən aşağı göstərən şirkələrin adını açıqladı

14:05 - 18 Yanvar 2017 - Xəbər

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. 
DGK-nin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində və sahibkarlarla keçirilən görüşlərdə aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici İqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı  müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda  idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır. 
      Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları  gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin  fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.  

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

Invoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

"Aksesuar Ticarət və Sənaye LTD"

13046,63 avro

18543,63 avro

5497 avro

2

"Aksesuar Ticarət və Sənaye LTD"

16013,72

22627,77 avro

6614,05 avro

3

"Aksesuar Ticarət və Sənaye LTD"

14840,21 avro

20991,88 avro

6151,67 avro

4

"Aksesuar Ticarət və Sənaye LTD"

12230,60 avro

18628,08 avro

6397,48

5

"Aksesuar Ticarət və Sənaye LTD"

13117,94 avro

21117,94 avro

9000 avro

6

"Aksesuar Ticarət və Sənaye LTD"

14545,14 avro

33400,32 avro

18855 avro

7

"Aksesuar Ticarət və Sənaye LTD"

8604 avro

12604,61 avro

4000,61 avro

8

 

"Aksesuar Ticarət və Sənaye LTD"

12645,70 avro

15645,70 avro

3000 avro

9

“ABA Trading”

5230,56 avro

25757,81 avro

20527,25 avro


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəldən də göründüyü kimi, ümumilikdə 80 043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:

Xəbər xətti