Avtomobil 55 yaşlı qadını vuraraq qaçıb - Bakıda

11:38 - 18 Yanvar 2017 - HADİSƏ

Bakıda avtomobil 55 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, yol kənarı ilə hərəkət edən 55 yaşlı Abbasova Elmira Adil qızını naməlum markalı avtomobil vurub və ərazidən uzaqlaşıb. E.Abbasova ağır xəsarət alıb. O, yoldan keçən digər avtomobillərin sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti