Bakı-Zabrat-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir - FOTO

11:33 - 18 Yanvar 2017 - Xəbər

"Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" istiqamətində 29,2 km uzunluğunda dəmir yolu təmir olunur. Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün Nərimanov-"Bakı Sərnişin" mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır.

Xatırladaq ki, "Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabrın 8-də start verilib. Bu günə kimi 5,5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb. Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.


Xəbər xətti