Ana səhifə
17 Noyabr 2018

Azərbaycan – Norveç oyununda maraqlı müsabiqə

AFFA-nın təşəbbüsü və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil olunacaq.

 

 

Ucnoqta.az xəbər verir ki, fasilədə peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak etmək şansı qazanacaq. Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak etmək hüququ qazanacaq. Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.

Müsabiqənin şərtləri: 

1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;

2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;

3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq; 

 

Ətraflı məlumat və ya suallarınız üçün AFFA-nın rəsmi Facebook səhifəsinə daxil ola bilərsiniz:

 

Bəhruz

Tarix
13 Noyabr 2014 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin