Başı kəsilmiş 5 nəfərin meyiti tapıdı - Meksikada

11:26 - 17 Yanvar 2017 - HADİSƏ

Meksika polisi ölkənin Qerrero ştatının inzibati mərkəzi olan Çilpansinqo şəhərinin küçələrindən birində atılmış avtomobildə başı kəsilmiş 5 nəfərin meyitini aşkar edib. "Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti yazıb. Cinayətkarlar başları avtomobilin üzərinə qoyublar. Hazırda maşının saxlanıldığı ərazi mühasirəyə alınıb. Öldürülənlərin şəxsiyyəti və cinayəti kimin törədə biləcəyi barədə məlumat verilməyib.

Xəbər xətti