Gəncə sakini Daşkəsəndə həmyerlisini bıçaqlayıb

11:24 - 17 Yanvar 2017 - HADİSƏ

Gəncə şəhər sakini Daşkəsəndə bıçaqlanıb.  "Report" xəbər verir ki, hadisə yanvarın 16-da rayonun Mədənçilər qəsəbəsində baş verib. Belə ki, Gəncə şəhər sakini Qara Budaqov kəsilmiş-deşilmiş xəsarətlərlə Gəncə Şəhər  Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 
Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlkin Cəfərov tutulub.
Faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalara başlanılıb. 

Xəbər xətti