Xatirə İslam: "Açıq-saçıq paltar geyinməyə utanmırıq!"

16:00 - 16 Yanvar 2017 - MAQAZİN

Müğənni Xatirə İslam həmkarı Röyaya dəstək çıxıb. ATV telekanalına açıqlama verən sənətçi açıq-saçıq geyiminə görə qınaq obyektinə çevrilən həmkarına arxa durub:

"Bir az yaxası açıq paltar geyinib. Çünki səhnə onu sevir. Yaxşı forması var. Ulduzdur, müğənnidir, səhnə adamıdır. Bizə olar. Məsələn mən bu gün qapalı geyinmişəm. Mənim buna ixtiyarım yoxdur. Mən 10 kq arıqlamalı və başqa paltar geyinməliyəm. Cennifer Lopezə və ya başqa dünya ulduzlarına baxırıq. Onlar konsertlərdən pul qazanırlar. Konsertdən pul qazanmaq üçün səhnədə ulduz kimi görünmək lazımdır. Hamı kimi yox! Amma bizimkilər deyir ki, "utanmırsız belə açıq paltar geyinirsiniz?". Xeyr, utanmırıq!"

Xəbər xətti