Sərxoş gənclər arasında kütləvi dava olub - Daşkəsəndə

11:19 - 16 Yanvar 2017 - HADİSƏ

Daşkəsən rayonunda sərxoş gənclər arasında kütləvi dava düşüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında rayonun Nizami Gəncəvi küçəsində bir qrup gənc hələ ki, bilinməyən səbəblərdən mübahisə edib.

Nəticədə əlbəyaxa olan gənclərdən ikisi baş və üz nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə gələn Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və beş nəfər saxlanılaraq şöbəyə aparılıb.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti