Türkiyənin yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

10:05 - 16 Yanvar 2017 - DÜNYA

"Türk Hava Yolları" şirkətinə məxsus "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

x x x

Bişkekdə "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

08:08

Qırğızıstanın paytaxtı Bişkekdə Honq Konqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində "Manas" hava limanının yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.

07:24

Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər dünyasını dəyişib.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir.

 

07:12

Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə "Türk Hava Yolları" şirkətinə məxsus olub.

Bu barədə Trend "Sputnik Qırğızıstan" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, təyyarə saat 07:25-də eniş etməli idi.

 

06:32

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bildirilir ki, Honq Konqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.

Qəza pis hava şəraiti səbəbindən baş verib.

Xəbər xətti