Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb

09:45 - 16 Yanvar 2017 - HADİSƏ

 Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb. Ucnoqta.az-ın "report"a istinadən xəbərinə görə hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Ə.Məmmədəliyev küçəsində 1983-cü il təvəllüdlü Pyotr Vozotintsev özünü yaşadığı evdə asaraq öldürüb. Hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsin çoxlu miqdarda alkoqollu içki qəbul etdiyini müəyyənləşdirib. O, hadisə vaxtı evdə tək olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti