Yevlaxda iki avtomobil toqquşub ölən və xəsarət alan var

16:59 - 13 Yanvar 2017 - HADİSƏ

Yevlax rayonunda iki maşın toqquşub ölən və xəsarət alan var. APA-nın xəbərinə görə, hadisə Bərdə-Yevlax magistral yolunda baş verib. “VAZ 2107” markalı, 66 BJ 950 dövlət nömrə nişanlı minik maşını qarşıdan gələn “Mercedes” markalı, 10 RG 230 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2107” də olan şəxslərdən birinin öldüyü, onun oğlunun isə ağır bədən xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı bildirilir.
Faktla bağlı araşdırma başlanıb.

Xəbər xətti