Ana səhifə
24 Sentyabr 2018

Rusiya ilhaqından sonra Krım...

"Human Rights Watch" (İnsan Hüquqları Müdafiəsi) hüquq-müdafiə təşkilatı Krımda növbəti insan oğurluğu halları haqqında məlumat yayıb. Əksər hallarda krım-tatar əhalisi nümayəndələri yoxa çıxır. Rusiya tərəfindən ilhaq edilmiş Krım hakimiyyəti Krım tatarlarına qarşı daha çox cinayətlər törədildiyinə dair iddialarla razı deyillər və insan oğurluğu ilə bağlı bütün halları araşdırdıqlarını deyirlər.
“Qorxu və düşmənçilik ab-havası”
"Ucnoqta.az" ANSPRESS-ə istinadla bildirir ki, HRW nümayəndələri may ayından bəri ən azı, sentyabrın 27-də Beloqorskda oğurlanmış iki gənc – İsləm Cepperov və Cevdet İslamov daxil olmaqla, beş nəfərin yoxa çıxdığını bildirirlər.
Hüququ-müdafiəçilərin fikrincə, əslində söhbət yarımadada krım-tatar əhalisi üzərinə təzyiqlərin güclənməsindən gedir. “İnsanların yoxa çıxması, Krım tatarları da daxil olmaqla, ukraynapərəst mövqeləri bölüşənlərə dair qorxu və düşmənçilik ab-havasını daha da şiddətləndirir. Mövcud Krım hakimiyyəti bütün yoxa çıxma hallarının, o cümlədən, Krım özünümüdafiə qüvvələri və Rusiya xüsusi xidmətlərinin buna aidiyyəti olması səbəblərini araşdırmalıdır”, - deyə, Avropada və Mərkəzi Asiyada HRW təşkilatının proqramları üzrə əməkdaşı Yuliya Qorbunova bəyan edib.
HRW xatırladır ki, Krım hakimiyyəti sentyabrda Krım Tatar Məclisini buraxmaqla hədələmiş və onun Simferopoldakı ofisini möhürləmişdi. Məclisin sabiq və hazırkı sədrlərinin Krıma girişi qadağan olunmuşdu. Avqust ayından xüsusi xidmətlər məscidlərdə, məktəblərdə və Krım tatarlarının şəxsi evlərində axtarışlar aparır və, dediklərinə görə, “silah, narkotik və qadağan olunmuş ədəbiyyat” axtarırlar.
Rusiya İstintaq Komitəsinin (RİK) Krım Respublikası üzrə Baş İstintaq İdarəsində insan oğurluğu hallarının hamısının araşdırıldığını deyirlər. İsləm Cepperovla Cevdet İsləmovun oğurlanması faktı üzrə ötən həftə cinayət işi açılıb, idarənin rəsmi nümayəndəsi Yevgeniya Belikova BBC-yə deyib.
İsləm Cepperov və Cevdet İslamov xala oğulları sentyabrın 27-də Beloqorsk yaxınlığında Sarı Su mikrorayonunda oğurlanıblar, hadisə şahidlərinə istinadən “Krım. Realii” portalı yazır. Naməlum şəxslər onları itələyib mikroavtobusa salıb aparıblar.
Rusiyanın ilhaqından sonra Krıma gəlişi qadağan edilmiş Krım tatarların lideri Mustafa Cemilev istintaqın gedişindən narazıdır və hətta oğurlanma halları çoxsaylı şahidlərin gözü qabağında baş verəndə belə, yeni Krım hakimiyyətinin həmin işləri araşdırmadığını bildirir.
Mustafa Cemilev “Amerikanın səsi” radiosuna müsahibəsində oğurlayan şəxslərin əlamətləri və hətta onların aradan çıxdığı maşının nömrəsi məlum olduğunu, lakin Krım hakimiyyətinin istintaqın gedişi barədə hələ heç bir məlumat vermədiyini bildirib.
Ən son hadisə oktyabrın 3-də Simferopolda baş verib – 23 yaşlı Eskender Apseləmov itkin düşüb. Onun qohumları son dəfə onu axşam saat altı radələrində evin yanındakı mağazanın yaxınlığında gördüklərini söyləyirlər. O vaxtdan ondan heç bir xəbər-ətər yoxdur.
Sentyabrın 29-da Saki şəhərindən Yevpatoriyaya yollanmış Edem Asamovdan heç bir xəbər olmayıb, ötən bazar ertəsi günü isə onun meyiti Yevpatoriyada başlı-başına buraxılmış sanatoriyada asılı halda aşkar edilib. Asamovun ölüm səbəbləri də bu günədək məlum deyil.
Tərksilah olma tələbi
HRW-də hesab edirlər ki, Krım tatarlarına və başqa millətlərdən olan ukraynapərəst fəallara qarşı əvvəlki çoxsaylı zorakılıq hallarında rusiyapərəst Krım özünümüdafiə qüvvələrin əli var. Hüquq müdafiəçiləri Krım hakimiyyətini çoxdan bu bölmələri tərksilah edib qeyri-qanuni hərəkətlərdə təqsirliləri cəzalandırmağa çağırırlar.
Mart ayında HRW Krımda yeddi itkin düşmə hallarını qeydə alıb – sonradan onların altısı sərbəst buraxılıb, birinin meyiti isə iki həftədən sonra qətl izləri ilə aşkar edilib.
Cəmisi yarım il ərzində Krımda 18 nəfər itkin düşüb.
Human Rights Watch nümayəndəsi Yuliya Qobunova hesab edir ki, Krım tatar icması nümayəndələrinin yoxa çıxması hallarında hakimiyyətin fəaliyyətsizliyi ucbatından yeni cinayətlərə yol açan tənbehsizlik ab-havası yaranır.
Krım üzrə RİK Baş İstintaq İdarəsində yarımadada krım-tatar icması nümayəndələrinin təqiblərə məruz qalması və guya onlara qarşı daha çox cinayət törədildiyi barədə danışmağı nəzakətsizlik hesab edirlər.
“KİV-lər bütün bu hadisələri guya Krımda krım-tatar xalqının təqib olunduğu ilə əlaqələndirmək istəyirlər. Həqiqətdə isə rus əhalisinə qarşı törədilən cinayətlər də vardır, belə cinayətlər də az deyil”, - idarənin nümayəndəsi BBC-yə deyib.
Krımın Rusiyaya birləşdirilməsindən sonra cinayətkarlıqla bağlı durumun necə dəyişməsi haqqında hələ məlumat yoxdur: Krım üzrə RİK Baş İstintaq İdarəsi yarımadanın Rusiyaya birləşməsindən sonra yaradılıb, buna görə idarə Krım ərazisində 2014-cü il mart ayına qədər törədilən cinayətlərin statistikasına malik deyil.

Tarix
8 Oktyabr 2014 [11:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin