92 markalı benzin bahalaşacaq? RƏSMİ AÇIQLAMA

11:02 - 13 Yanvar 2017 - ÖLKƏ İÇİ

Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşıb. Bu xəbərin ardınca digər yanacaq növlərinin artacağına dair təşviş yaranıb.

Ucnoqta.az istipress-ə istinadən xəbər verir ki, əhalinin böyük bir hissəsinin istifadə etdiyi Aİ - 92 markalı benzin və dizel yanacağının  qiymətinin artması hal - hazırda gündəmdə deyil. Bunu Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev sualını cavablandırarkən deyib. Nazirlik rəsmisi  92 markalı benzinin və dizel yanacağının qiymətinin artması haqqında məlumatları təkzib edərək bildirir ki, dizel və 92 markalı benzinin qiymətində heç bir dəyişiklik yoxdur.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Premium benzinin qiymətinin qalxmasının SOCAR-a aidiyyatının olmadığını deyib. "Bu benzin idxal olunduğu üçün qurum buna cavabdeh deyil. 95 markalı benzinin qiyməti bazar tərəfindən tənzimlənir və biz yalnız ölkədə istehsal olunan benzinə cavadehik" deyə qurum rəsmisi bildirib.

Xəbər xətti