Ana səhifə
19 Sentyabr 2018

ARDNŞ rəsmiləri Türkiyədə

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Tekfen” şirkətinin dəvəti ilə Türkiyənin İstanbul və İzmit şəhərlərində səfərdə olub.

 

 

Ucnoqta.az -a ARDNŞ-dən verilən məlumata görə, səfər zamanı ARDNŞ-in Neft-qaz emalı və neft-kimya kompleksini (NQNK) təmsil edən nümayəndə heyəti “Tekfen” şirkətinin rəhbərliyi ilə görüş və müzakirələr aparıb, həmin şirkətin fəaliyyəti, istehsalat obyektləri, mühəndislik və tikinti bölmələri ilə tanış olub.

Nümayəndə heyəti “Tekfen” şirkətinin podratçı olduğu İzmit Neft Emalı Zavodunda aparılan və hazırda yekunlaşmaqda olan modernizasiya işləri ilə tanış olmaq məqsədi ilə tikinti sahəsinə də baş çəkiblər. Nümayəndə heyəti üzvlərinə müəssisədə görülən işlər barədə ətraflı məlumat verilib, tərəflər arasında mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Türkiyədə inşa edilən və ya yenidənqurma işləri aparılan neft-qaz emalı və neft-kimya layihələri ilə tanışlıq və bu ölkədən olan tərəfdaşlarla aparılan müzakirələr ARDNŞ tərəfindən reallaşdırılan NQNK layihəsinin uğurla həyata keçirilməsi işinə böyük töhfə verəcək.

 

Bəhruz

Tarix
13 Noyabr 2014 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin