“Şamaxinka”da tıxacların qarşısı alınır- FOTO

Bakı şəhərində müəyyən ərazilərdə avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir.
Belə ki, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi “tıxac”a, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılır. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülür.
Meneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzüləcək. Bununla da dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmədən istifadə edərək geri dönməni həyata keçirə biləcəklər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət edə biləcəklər. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq “tıxac” müəyyən qədər azaldılmış olacaq.

“Şamaxinka” ərazisində ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranmış olacaq. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət bir addım olacaq.

Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “2-ci Alatava” küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq. İşlərinin qısa müddət ərzində və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunur.

Tarix
12 Yanvar [17:12]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Mehriban Əliyeva: "Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir"

Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi "Dövlətqaçqınkom"a tapşırıldı

XİN: Azıx mağarasında tədqiqat aparan bir qrup əcnəbi barədə cinayət işi açılıb

Ombudsman: "Bir sıra məhkəmə qərarları icra edilməyib"

Yusif Səfərov küçəsinin təmirə bağlanan hissəsi açılır

Rufiz Qonaqov: “Xocalı faciəsinin dünyada tanıdılması üçün çox böyük işlər görülüb”

Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək

DTX əməliyyat keçirib: 2 nəfər həbs edilib

Gömrükdə 10600 ədəd siqaret müsadirə edilib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.