Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək-ATƏT sədri və Rusiya XİN rəhbəri arasında

17:02 - 12 Yanvar 2017 - SİYASƏT

ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.Məlumatda bildirilib ki, nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.
Sebastyan Kurts rusiyalı həmkarı ilə eləcə də Avstriyanın builki sədrliyi, qurum daxilində əməkdaşlıq məsələləri və digər məsələlər barədə danışıqlar aparacaq.

Xəbər xətti