Nazir müavini: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarına tam hazırdır”

“IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu mötəbər idman yarışının keçirilməsinə tam hazırdır. Bizim bu sahədə təcrübəmiz var və biz başqa ölkələrə yenə nümunə olacağıq”.APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, hazırda 50-dən çox ölkə IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqləyib: “İdmançılar, onların məşqçiləri, tibbi heyət də daxil olmaqla, 5000-ə yaxın insanın yarışlarda iştirakı gözlənilir. 20 sahədə 24 növ üzrə idman yarışları keçiriləcək. Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların ixtiyarında olacaq. Bu idman obyektləri yeni deyil, onların hamısı I Avropa Oyunları zamanı inşa edilib və tam müasir standartlara cavab verir. Atletlər kəndi də fəaliyyət göstərəcək. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün çox böyük maraq kəsb edir. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi artıq uğuru təmin edən məqamdır. Biz I Avropa Oyunları zamanı bunun şahidi olmuşuq”.
Nazir müavini prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını da vurğulayıb: “Bu gün Azərbaycan islam dünyasının ən aparıcı ölkələrindən biridir. Azərbaycan həm Qərbi, həm də Şərqi təmsil edir”.

 
Oyunlar üçün 12 mindən artıq gəncin könüllü kimi qeydiyyatdan keçdiyini söyləyən İ. Babayev onların arasından təxminən 8 min gəncin seçiləcəyini deyib. 
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək. 

Tarix
12 Yanvar [16:38]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

İT Step Academydə From Zero to Ceo Konfransı baş tutacaq

Serbiya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2 qardaşın yerinə qəbul imtahanı verən tələbə məktəbdən xaric olunacaq

eManat-da ödənişlərin qəbulu bərpa olunub

Çin Xalq Respublikasının Sədri prezident İlham Əliyevə məktub ünvanlayıb

Qaxda su kanalının sahilindən silah-sursat tapılıb

Lapşinin istintaqı yekunlaşdı

Cəlilabad sakinindən 240 ədəd saxta 100 manatlıqlar aşkar edilib

Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.