Yaxın günlərdə yanvar ayının pensiyaları hesablara köçürüləcək

“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır”. Ucnoqta.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib. Onun sözlərinə görə, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib. 

Cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil”.

“Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır” – deyə nazirlik rəsmisi açıqlayıb.

Tarix
12 Yanvar [15:23]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Şəhid polkovnik- leytenantın oğlu: "Biz sənin oğlun olmaqdan qürur duyuruq"

Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb

"Heydər" məscidinin axundu: "Novruz bayramının qeyd olunması İslam dininə zidd deyil"

Məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları açıqlanıb

Gəncənin 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə mərasim başlayıb

Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradıldı

Bakı 2017 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib

Azay Quliyev: "Xalqımız aprel şəhidləri ilə qürur duyur"

Magistratura və rezidentura üzrə sənəd qəbulunun vaxtı uzadıldı

® Novruz hədiyyəniz bizdən olsun

Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.