Köhnə sürücülük vəsiqələri də dəyişdiriləcək? - DYP-dən AÇIQLAMA

 Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı «Yol hərəkəti haqqında» qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat transmissiyalı  nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.  Yeni əlavələrdən sonra vətəndaşlarda olan bütün sürücülük vəsiqəsi dəyişdirilə bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu, hələ ki nəzərdə tutulmur:
“Köhnə sürücülük vəsiqələrinin dəyişdirilməsi barədə bir yenilik yoxdur. Yeni sürücülük vəsiqəsi alanlardan kim ki avtomat transmissiyalı avtomobillərdə imtahan verirsə, ona ancaq avtomat transmissiyalı avtomobilləri idarə etmə icazəsi verilir. Bu, sürücülük vəsiqəsində xüsusi qeyddə 2 hərflə qeyd olunur. Qeyd qismində “AT”  hərfləri vurulur. Sürücülük vəsiqəsində bundan başqa heç bir dəyişiklik yoxdur. İndiyə qədər kim mexaniki transmissiyalı sürət qutusu olan avtomobillə imtahan verib sürücülük vəsiqəsi alıbsa, yeni əlavə onlara aid deyil”.

Tarix
12 Yanvar [15:03]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

“Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Rufiz Qonaqov: “Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”

Rayon və kəndlərə verilən içməli sularda nöqsanlar aşkarlanıb

QMİ: Təəssüf ki, 20 Yanvar faciəsini törədən cinayətkarlar məsuliyyətə cəlb olunmayıb

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

"Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq

Direktor müavini: “Ötən il H1N1 virusunun Azərbaycana keçməsinin qarşısı alınıb”

“Ötən il H1N1 virusunun Azərbaycana keçməsinin qarşısı alınıb”

SOCAR: "Əgər manat ucuzlaşarsa qazın qiymətinə ..."

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.