Con Kerri Gürcüstana səfər edib

ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.
"Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı". Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”.
 Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub. 

Tarix
12 Yanvar [14:34]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Lavrovdan Qarabağ açıqlaması

Lavrovla Nalbandyan arasında görüş keçirilib

BMT baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb

Sülh sazişləri imzalanıb, həyata keçirilməyənədək zorakılğın bərpası riski qalacaq

Tehranda partlayış: 5 ölü, 6 yaralı

Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

Terror törətmək istəyən İŞİD üzvü qadın cildinə girdi - FOTO

Binəli Yıldırım: “Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”

Türkiyə ordusu Əl-Baba nəzarəti ələ alıb

ABŞ prezidentinin namizədi nazir postundan imtina edib

O, “Hardee's and Carl's” restoranlar şəbəkəsinin İdarə Heyətinin sədridir

Ukraynanın sabiq prezidentləri Azərbaycana gələcəklər

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.