Bu gündən tam "üzən məzənnə"yə keçir - Azərbaycan

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bugünkü hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.

Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

Tarix
12 Yanvar [11:52]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakıda kirayə mənzillər bahalaşıb

Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10 min manat təşkil edir

“Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?” - Cavid Qurbanov

"Problem yarananda o zaman göndərəcəklər və qanuna dəyişkilik olunacaq"

Azərbaycanda telefon və internet xidmətləri üzrə aylıq abunə haqları onlayn qəbul ediləcək

Bu, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində icra edilən tədbirdir

Vergilər Nazirliyi tenderlər keçirir

İddiaçıların 1 aya yaxın vaxtı var

Dolların sabaha olan məzənnəsi açıqlanıb- 1,8311

Azərbaycan və İslam İnkişaf Bankı arasında saziş imzalandı

Növbəti ikitərəfli valyuta hərracı keçirilib

Gürcü ekspertlər: Gürcüstan təbii qaz məsələsində Azərbaycana arxayındır

Azərbaycan Gürcüstanın əsas qaz təminatçısıdır

Dolların sabaha olan məzənnəsi açıqlanıb

Nazirin açıqlaması nefti bahalaşdırır

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.