Tillerson: "Rusiyanın seçkilərə "müdaxiləsi"nə sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər"

11:36 - 12 Yanvar 2017 - SİYASƏT

ABŞ-ın xüsusi xidmət orqanlarının məxfi məlumatların öyrənilməsi üzrə təhqiqatının yekununda Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə dair təkzibedilməz sübutlar əldə olunarsa, o zaman buna sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər.

Bunu Birləşmiş Ştatların dövlət katibi postuna namizəd Reks Tillerson deyib.

"Mənim məxfi olmayan hissədə gördüklərim narahatlıq doğurur. Və əgər əlavə məlumat Rusiyanın seçkilərdə iştirak səviyyəsini göstərərsə, buna cavab vermək lazımdır", — deyə namizəd bildirib.

Xəbər xətti