Şəmkir rayonunun Seyfəli kənd məktəbində baş verən hadisə ilə bağlı araşdırmalar başlayıb

“Hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparır”. Bunu “Report”a açıqlamasında Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yekun nəticə günün ikinci yarısında məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

Şəmkir Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin və Seyfəli kənd tam orta məktəbinin nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək və məsələ tam araşdırılacaq.

Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib.

Tarix
12 Yanvar [11:30]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Ötən il də Azercell uğurlu fəaliyyəti ilə seçildi

Təhsil naziri əmr imzaladı- Bu tələbələr təhsil haqqından azad edildi

Türkiyə XİN: "Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib"

Xocalı soyqırımı haqqında 7 dildə kitab işıq üzü gördü

Bu il Azərbaycanda baş verən ana ölümlərinin sayı və səbəbləri açıqlanıb

Park fontanqarışıq söküldü: yol çəkildi, Şah Xətai qaldı ortalıqda - FOTO

Hazırda yolun qrunt hissəsinin döşənməsi tamamlanır, asfaltlama başlayır

Elmə yeniliklər gətirən alim

Azərbaycanlı jurnalistin yardıma ehtiyacı var

"Gəncləri “Xocalıya Ədalət” Kampaniyasına qoşulmağa çağırırıq"

Azərbaycanda bu müəllimlər işdən azad ediləcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.