Bakıda qadın sürücünün avtomobili ilə “BakuBus”-ın toqquşma anı – VİDEO

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “BakuBus”un mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də apa-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

 

Tarix
11 Yanvar [16:24]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakıda mənzildən içində pul və qızıl-ziyanət əşyaları olan seyf oğurlanıb

Bakıda kran yanıb

Bakı metrosunda qızın pulla dolu çantasını belə oğurladı – FOTO+ VİDEO

Metroda çanta oğurlayan gənc saxlanılıb

Bakıda qadın binanın eyvanından yıxılıb öldü

Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib

İsmayıllıda ev yanıb

Lənkəranda 60 yaşlı qadın faciəvi şəkildə ölüb

Bakıda soyğunçuluq edən şəxs polisə və özünə bıçaqla xəsarət yetirib

Faktla əlaqədar cinayət işi başlanılıb

İsraildə futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb

Saxlanılanlar barəsində hər hansı inzibati cəzanın verilib-verilməməsi haqda məlumat verilmir

“Chevrolet” yandı - Şirvanda

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.