Formula 1-in kubokları dəyişdiriləcək

2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin qaliblərinə veriləcək kubokların dizaynı dəyişdiriləcək və ötənilki kubokdan fərqlənəcək. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-ə eksklüziv olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, yarışın bütün, yəni dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında dəyişikliklər ediləcək.

Dəyişikliklərin detallarının hələ məlum olmadığını deyən N.Arpadarai əlavə edib ki, hazırda kubokların dizaynı üzərində iş aparılır: "Martda kubokun dizayn işləri başa çatacaq".

Qeyd edək ki, ötən il kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladırdı. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilmişdi. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundamentin ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub. Kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

Tarix
11 Yanvar [16:11]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bu gün Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşır

Robert Prosineçki: \"Sabah Almaniya millisini asan oyun gözləmir\"

2017-03-25 21:42:04

Xedira: “Bakıya gəzməyə yox, oyuna gəlmişəm"

Yoahim Löv: "Bura gəlmək üçün uzun yol qət etmişik, amma ..."

Millimizdə oynamaq üçün ona 1 milyon dollar və ev veriləcək - ŞOK İDDİA

Birhoff: “Azərbaycanla oyunda qələbə təmin olunmayıb”

Millimizin zədəlisindən şad xəbər

Apreldə 17 möhtəşəm matç

Azərbaycan-Almaniya matçını italiyalı hakimlər idarə edəcək

Azərbaycan millisi iki futbolçu itkisi ilə üzləşib

Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.