Hava limanını su basdı

12:41 - 11 Yanvar 2017 - HADİSƏ

Tailandın cənubundakı Nakhon Sithammarat əyalətində hava limanı ötən həftənin sonundan bəri bağlı qalır. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, ötən həftədən bəri davam edən şiddətli yağıntılar aeroportun uçuş-eniş zolağının su altında qalmasına səbəb olub. Tailandın hava limanları administrasiyası bu aeroportun yanvarın 13-də işini bərpa edə biləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar bu hava limanına gəlməli olan təyyarələr Tailandın cənubundakı digər hava limanlarına yönləndirilir. 

Xəbər xətti