Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

DYP avtomat «karobka»lı avtomobil sürənlər üçün xüsusi vəsiqə verir


Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı «Yol hərəkəti haqqında» qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Bu barədə ucnoqta.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsi idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.
Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin «Xüsusi qeydlər» bölməsində «avtomat t/r» sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.

Tarix
11 Yanvar [12:31]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında Protokol imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər

“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı

İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edəcək

“Azərişıq” ASC ilə “ASAN xidmət”dən daha bir yenilik

Simptomlar hər zaman düzgün araşdırılmalıdır

Səlim Müslümov Şəmkirdə qəbul keçirib

Bu il nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV infeksiyası aşkarlanıb

Bu məktəblər müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququna malikdir- SİYAHI

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.