Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?

"Taksi xidməti sistemində vahid qiymətlər elə müəyyən ediləcək ki, həm sürücülər, həm də sərnişinlər üçün sərfəli olsun və hər iki tərəfi razı salacaq məbləğ müəyyənləşdirilsin".

Ucnoqta.az xəbər verir ki, bu barədə azvision.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, taksi xidmətində qiymətlər baha olmayacaq:

"Vahid qiymətin tətbiqi, qeyd edildiyi kimi, mart ayından başlamayacaq və bu barədə yayılan ilkin məlumatlar dəqiq deyil. İlk növbədə taksi fəaliyyəti ilə məşğul olanların fərqlənmə nişanı almaları təmin edilməlidir. Ondan sonra vahid qiymət məsələsinə baxılacaq. Həmçinin taksilərdə taksometrlər qoyulmalıdır ki, müəyyən edilən tarif gedilən məsafəyə uyğun hesablansın. Hələ ki bununla bağlı yenilik yoxdur".

M.Ağayev qeyd edib ki, qiymətlərin necə hesablanacağı və nə qədər olacağı təkliflər hazırlanan vaxt müəyyən ediləcək. "Taksi xidmətlərində vahid qiymətin tətbiqi mütləq olacaq. Bu gün sifarişli taksi xidməti göstərən şirkətlərin rəqabətliliyi sayəsində gediş haqlarında artım yox, əksinə, azalma var. Amma qarlı, şaxtalı günlərdə taksilər süni qiymət artımına gedirlər. Bunun qarşısını almaq üçün vahid qiymətin müəyyən edilməsi vacibdir".

Tarix
11 Yanvar [11:51]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Gülyanaq 4-cü dəfə ana oldu

Sənətçinin oğlu dünyaya gəlib

Maşallah Əhmədovun məhkəməsinin vaxtı bilindi

Maşallah Əhmədovun məhkəməsinin vaxtı bilindi

BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

Vitse-admiral Şahin Sultanovun məhkəməsi təxirə salınıb

Məhkəmə prosesi yanvarın 27-də davam etdiriləcək

Qafqaz Universitetinin müəllimləri nazirliyə çağırıldı

Qafqaz Universitetinin müəllimləri nazirliyə çağırıldı

Prezident İlham Əliyev: “Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”

Sabahın havası- yağış, sulu qar

Reina qətliamına dair yeni görüntülər ortaya çıxıb- VİDEO

Sabah bağlanacaq yolların SİYAHISI

DYP sürücülərdən xahiş edir ki, nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər

Obama: "Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil"

Münaqişənin həlli üçün qiymətli vaxt əldə çıxır
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.