BMW Telman İsmayılovun oğlunun müflis elan olunmasını tələb edir

Rusiyada fəaliyyət göstərən "BMW Bank" məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, iddia tələbinin məbləği açıqlanmır.

A. Mitrofanov və Ə. İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb.

"BMW Bank"ın rəsmisi də şərh verməkdən imtina edib.

Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ilin sonuna A. Mitrofanovun "BMW-X6" və "BMW-750Li" avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız "BMW-750Li" markalı maşını qalıb.

Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.

A. Mitrofanov 2014-cü ildə deputat toxunulmazlığından məhrum olunub. O, iş adamı Vyaçeslav Jarovdan 200 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda sabiq deputat Rusiyadan kənarda yaşayır.

"BMW Bank" MMC "BMW Group" konserninə daxil olan Avstriyanın "BMW Оsterreich Holding GmbH" şirkətinin törəməsidir. Bank əsasən BMW-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur.

Tarix
11 Yanvar [11:40]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Dolların rəsmi məzənnəsi dəyişmədi

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

"Holcim"in İŞİD-ə pul ödədiyi üzə çıxıb, şirkət rəhbəri istefa verib

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Bağlanan 11 bankın əmanətçilərinə 728,3 mln. manat kompensasiya ödənilib

Neftin qiyməti ucuzlaşıb

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.