Maşın bazarında alqı-satqı əməliyyatları azaldı - QİYMƏTLƏR ARTIB

“Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb”. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, əsas səbəblərdən biri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə bağlıdır:

“Faktiki olaraq onlar bazara çıxarmağa maşın tapmırlar. Əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. İdxal azaldıqca, təklif də azalır. Bu da təbii ki, daha ucuz avtomobillərə tələbatı artırır və qiymət artımına səbəb olur”.

R.Osmanlının sözlərinə görə, Azərbaycana idxal edilən yeni avtomobillərin qiymətində dollar-manat münasibətlərindən irəli gələn artım baş verir: “Bu təbii ki, təkrar avtomobil bazarına da təsir göstərir və köhnə avtomobillərin qiyməti artır”.

Mərkəz direktoru qeyd edib ki, 2016-cı il ərzində yeni avtomobillərin qiymətində təqribən 15 faizə qədər artım baş verib: “Köhnə avtomobillərin qiymətində artım isə avtomobilin dəyərindən asılı olaraq təqribən 10-15 faiz arası dəyişir”.

Ekspert bildirib ki, bu il ərzində də avtomobillərin qiymətində artımın müşahidə ediləcəyi ehtimalı var: “Bu gün hələ də dolların qiymətində artım müşahidə edilir. Bu baxımdan idxal olunan yeni avtomobillərin qiyməti artacaq. Yeni avtomobillərin qiymətində müşahidə olunan artım köhnə avtomobillərin də qiymətinə təsir göstərəcək”.

Tarix
11 Yanvar [11:33]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

LADA-nın “Transformers”i hazırlandı – VİDEO

"Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir"

“Uçan maşın”lar taksidən baha olmayacaq

"Hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək

Əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb

Şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq

Azərbaycanda 170 min manata nömrə satılır – FOTO

Azərbaycanda bu cür bahalı nömrələrə tələbat yüksəkdir

Elnarənin avtomobili - FOTO

"Yaxın günlərdə dəfiləm olacaq"

"Opel" şirkəti satıldı

Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı

Nəqliyyatın icbari sığortasını onlayn etmək imkanı

Sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir

"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək

Yanvar ayında artıq 2 min iş yeri azaldılıb

Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO

8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.