Paytaxtda daha iki küçə təmirdən sonra istifadəyə verilib – FOTO+VİDEO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin, piyadaların maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün “Azəravtoyol” ASC Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində aparılan təmir işlərini yekunlaşdırıb. "Azəravtoyol”un Mətbuat Katibliyindən Ucnoqta.az-a bildirilib ki, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.

N.Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, küçənin təmir olunan hissəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1 200 poqon metr yeni səki daşları düzülüb.

C.Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə, küçənin sözügedən hissəsində 5 500 kv.m sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 poqon metr yeni səki daşları düzülüb.

Təmir işləri zamanı C.Xəndan və N.Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan əvvəl C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hissələrində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti etapda son olaraq küçənin İ.Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

 

Tarix
11 Yanvar [11:21]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Azərbaycanda mavi yanacaq fəlakəti - Niyə qaz yoxdur?

\\\"Ölkədə təbii qazla təminata nəzarət edən 5 dövlət orqanı var, amma əhali əziyyət çəkir\\\"

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb - VİDEO

Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib

Yol kənarında olan obyektlər götürüləcək?

Yol kənarında olan obyektlər götürüləcək?

Ermənilər atəşkəsi 31 dəfə pozub

Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb

Azərbaycan Prezidenti “Azəravtoyol” ASC-nin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb - SİYAHI

Onlar Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif ediliblər

Məhərrəm Əsədova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bu gün ilk çərşənbədir

Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır

Babək rayonunda mis və molibden yataqları aşkarlanıb

Yeni yataqların aşkar olunması geoloji-kəşfiyyat işlərinin həcminin genişləndirilməsi sayəsində mümkün olub

Naxçıvan Dövlət Arxiv İdarəsinə yeni rəis təyin edilib

Bununla bağlı Vasif Talıbov sərəncam imzalayıb

Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb

Q. Əbdüləliyev: "Ətin qiymətinin dəyişməsi kənd təsərrüfatı və istehsal olunan məhsulla əlaqədar deyil" Nazirliyin mətbuat xidmətinin rəhbəri: "Mal ətinin qiymətində artım müşahidə edilmir"
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.