Bakıda 17 gün əvvəl özünü binadan atan qız xəstəxanada ölüb

10:42 - 11 Yanvar 2017 - HADİSƏ

Bakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.
Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Xəbər xətti