Azərbaycan klubları Antalyaya gedir

10:35 - 11 Yanvar 2017 - İDMAN

Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Qəbələ”, “Sumqayıt”, “İnter” bu gün təlim-məşq toplanışlarını keçirəcəkləri Antalyaya üz tutacaqlar.
Hazırda hava limanında olan hər 3 klubun üzvləri birbaşa reyslə adıçəkilən şəhərə gedəcəklər. 
“Qəbələ” Antalyaya heç də tam heyətlə getmir. Belə ki, komandanın xorvatiyalı yarımmüdafiəçisi Petar Franyiç Azərbaycanda qalacaq. Mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçu “Qəbələ”nin əvəzedici komandası ilə birlikdə məşq edəcək.qafqazinfo

Xəbər xətti