Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb

09:59 - 11 Yanvar 2017 - HADİSƏ

 Bakıda 74 yaşlı kişi özünü bıçaqlayıb. Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Xan Babayev küçəsi 1 ünvanında yaşayan 1943-cü il təvəllüdlü Məlikov Qəndalı Hüseyn oğlu intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Q.Məlikov ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.report

Xəbər xətti