Ana səhifə
17 Noyabr 2018

ARDNŞ cəbhə bölgəsində iki qəsəbəyə ilk dəfə təbii qaz verdi

Füzuli rayonunun Qayıdış-1 və Qayıdış-2 qəsəbələrinə ilk dəfə təbii qaz verilmişdir

                                                              

 

Ucnoqta.az xəbər verir ki, ARDNŞ-nin ''Azəriqaz'' İstehsalat Birliyi ölkənin qaz təminatının yaxşılaşdırılması, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması və bu şəbəkənin inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirləri uğurla davam etdirir.Ölkə rəhbərliyinin göstərişinə əsasən, cəbhəətrafı rayonların qazlaşdırılmasına xüsusi diqqət yetirilir. 
Noyabrın 13-də Füzuli rayonunun Qayıdış-1 və Qayıdış-2 qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 201 abonenti olan Qayıdış-1 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7562 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 201 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 
137 abonenti olan Qayıdış-2 qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 7921 metr uzunluğunda müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri qəsəbələrə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

Tarix
13 Noyabr 2014 [17:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin