Masallıda orta məktəb şagirdi idman dərsində ağır xəsarət alıb

13:50 - 10 Yanvar 2017 - HADİSƏ

Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb. APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.
Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.
Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər xətti