58 yaşlı qadın damarlarını doğrayaraq intihar edib - Bakıda

11:53 - 10 Yanvar 2017 - HADİSƏ

Azərbaycanda daha bir intihar hadisəsi baş verib. “Report”un məlumatına görə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki evlərdən birində 1958-ci il təvəllüdlü İradə Musayeva yaşadığı evin hamam otağında damarlarını kəsərək intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Xəbər xətti