Qaynını tüfənglə vuran şəxsin şikayəti əsasında məhkəmə başlayıb - Bakıda

Bakı Apellyasiya Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. “Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib. Qeyd edək ki, ötən il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Tarix
10 Yanvar [11:37]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Keçmiş FHN əməkdaşına 8 il həbs cəzası verildi

Bakı yollarında FACİƏ: bir gündə iki can

Bakıda ər arvadını qətlə yetirib

Bakıda ər arvadını qətlə yetirib

Bakıda 5 nəfər liftdə qalıb

Ağstafada yol qəzası: xəsarət alanlar var

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutuldu

Quba sakini dəm qazından zəhərlənib

Beyləqan sakinini elektrik vurub

İran vətəndaşları Bakıda ağır qəzaya düşdülər

Xırdalanda dəhşətli qətl: anasını baltaladı sonra intihar etdi

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.