“O səs Türkiyə” qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu

“O səs Türkiyə” mahnı müsabiqəsində azərbaycanlı iştirakçıların yarışmadan çıxması böyük müzakirələrə səbəb olub. Ucnoqta.az-ın qafqazinfo-ya istinadla məlumatına görə, iştirakçılar Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər.

Hətta müsabiqədə milli mahnılarımızın müəllif hüquqlarının pozulması, anonim kimi təqdim edilməsinə etiraz olaraq mediada yayımlanan məlumatların həmyerlilərimizin taleyinə təsir etdiyini də iddia edənlər az deyil.

Anonim qalmaqalına görə, azərbaycanlıların yarışmadan getdiyini iddia edənlər sırasında Əməkdar artist Aybəniz Haşımova və bəstəkar-aparıcı Murad Arif də var.

Hakan və Gökhan Özoğuzun qrupunun üzvü Zülfü Əsədzadə düşünür ki, azərbaycanlılara qarşı tələ qurulub:

“Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladı, dörd azərbaycanlını evə göndərdi. Onda başa düşdük ki, bizə qarşı qurulan tələdir.

Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq “Acun media” otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər “The voice”lərdə belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir”.

İlham Nəzərov isə onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib:

“Heç bir problemlə üzləşməmişik. Azərbaycanlı iştirakçı Elnur Hüseynov qalib olmuşdu. Bu səbəbdən ondan sonra yarışmaya qatılan iştirakçıları yavaş-yavaş ələməyə başladılar. Biz duel turunda iştirak etdik. Duellər turu tamaşaçısız həyata keçirilir. Acun Ilıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi. Təkcə yarışmada azərbaycanlılar yox, Türkiyə vətəndaşları da çıxdı”.

Türkiyəni özünə heyran qoyan Gülşən İbadova isə ona qarşı haqsızlıq edildiyini bildirib:

“Yarışmada ən güclü azərbaycanlı iştirakçılara qarşı haqsızlıq edildi. İştirakçılar arasında azərbaycanlıları bir qrupa saldılar. Bir ay əvvəl isə çıxacaq iştirakçıların "youtube"dan videolarını silməyə başladılar. Səsim ilə türk xalqı tərəfindən rəğbət qazanmışdım, bu haqsızlığa heç kəs inanmaq istəmir. Acun Medya azərbaycanlılara qarşı aqressiyasını və şəxsi qərəzliliyini sübut etdi”.

Digər iştirakçı Nofəl Aslanov isə mövzu ilə bağlı açıqlama verməkdən imtina edib. 

Tarix
9 Yanvar [18:30]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

21 yaşlı model pula görə soyundu - FOTOLAR

Kök model bədənini nümayiş etdirdi - FOTOLAR

Tolqahan və Almeda İstanbulda toy edəcək? - FOTO

Kənandan Fərda ilə Müşfiqin ünvanına AĞIR SÖZLƏR - QALMAQAL

Kənandan Fərda ilə Müşfiqin ünvanına AĞIR SÖZLƏR - QALMAQAL

Evlilik verilişlərinin taleyi ilə bağlı GÖRÜŞ

Əməkdar artist baba oldu - FOTO

Nanə tanınmaz hala düşdü - Aparıcının son halı - FOTOLAR

"Gözəllik kraliçası" infarkt oldu

Məşhur türk serialın günü dəyişdi - VİDEO

Məşhur türk serialın günü dəyişdi

Serialı erkən final etdi, "Kara sevda"ya keçdi

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.