Sabah paytaxtın bəzi yerlərində qaz olmayacaq

16:16 - 9 Yanvar 2017 - ÖLKƏ İÇİ

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 SOCAR-ın saytında verilmiş məlumata görə, aparılan işlərin Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbər xətti