Mübariz Həmidov: “Yaradıcı təşkilat olaraq bu bizim vətəndaşlıq borcumuzdur”

13:56 - 9 Yanvar 2017 - Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb. 
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, bayram günlərində müxtəlif ictimai birliklərindən olan azyaşlı uşaqlar yeni il tamaşası olan “Qrinç”i izləmək imkanı əldə ediblər. 
Teatr il ərzində hazırlanan, xüsusilə yeni il və Novruz bayramı ərəfəsində  nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatları fəal cəlb edir. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə  bir sıra müəssisələrdən teatra təşəkkür məktubları daxil olur. 
“Yaradıcı təşkilat olaraq bu bizim vətəndaşlıq borcumuzdur. Sözügedən birliklərin üzvləri də cəmiyyətin bərabər hüquqlu üzvləridir və onlara mənəvi və maddi dəstək olmaq bizim üçün şərəfdir” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib. 
“Ümid İşığında” İctimai Birliyi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi və digər təşkilatlardan gələn məktublarda teatrda nümayiş etdirilən Yeni il tamaşalarından iştirakdan məmnun qaldıqlarını qeyd edərək teatrın rəhbərliyinə və yaradıcı heyətinə öz minnətdarlıqlarını bildirirlər. 

Xəbər xətti