Gələn il müəllimlərin 30 faizinin də əməkhaqqı artırılacaq

Azərbaycanda diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu il bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur. Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.
2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.
Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək.

 

Tarix
9 Yanvar [12:40]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

“Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Rufiz Qonaqov: “Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”

Rayon və kəndlərə verilən içməli sularda nöqsanlar aşkarlanıb

QMİ: Təəssüf ki, 20 Yanvar faciəsini törədən cinayətkarlar məsuliyyətə cəlb olunmayıb

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

"Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq

Direktor müavini: “Ötən il H1N1 virusunun Azərbaycana keçməsinin qarşısı alınıb”

“Ötən il H1N1 virusunun Azərbaycana keçməsinin qarşısı alınıb”

SOCAR: "Əgər manat ucuzlaşarsa qazın qiymətinə ..."

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.