Ana səhifə
21 Noyabr 2018

Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkili Rəfael Hüseynov və şairin ailə üzvləri iştirak edib.
Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Z. Yaqub böyük şair və vətənpərvər insan olub: “Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi”.
Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun “Peyğəmbər”, “Əbədiyyət Dastanı”, “Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər. 

Tarix
9 Yanvar 2017 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin