Brilyant Dadaşovadan dinini dəyişdirməsi ilə bağlı yayılan xəbərə açıqlama

Xalq artisti Brilyant Dadaşovanın paytaxtımızın mərkəzində yerləşən kilsələrin birində bir çox ictimai xadimlər, KİV nümayəndələri, səfirliklərin əməkdaşları və digərlərinin iştirak etdiyi Milad bayramı münasibətilə təşkil olunan mərasimdə iştirak etməsi ilə əlaqədar bəzi Kütləvi informasiya vasitələrində onun dininin dəyişdirməsi ilə bağlı məlumatlar yer alıb.

Oxu.Az xəbər verir ki, müğənni media nümayəndələrinə bununla bağlı açıqlama ünvanlayıb.

“Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə müqəddəs “Qurani Kərim”i əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir- birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib. Fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin  hörmət və ehtiram var.

Müsəlman ölkələrinə qastrol səfərləri zamanı məscidlərə, xristian ölkələrində isə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam, Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də Pasxa və Milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini  zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəssüf edirəm ki, siz bunu indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!”,-deyə B.Dadaşova bildirib.

Tarix
9 Yanvar [12:03]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Selena Gomezin lüt şəkli yayılıb - FOTO

Müğənni şəkli şərh etməyib

Adnan Oktarın "kediciy"indən EHTİRASLI RƏQS-VİDEO

Məşhur Hollivud aktyoru karyerasını başa vurub

Cek Nikolson təqaüdə çıxıb

Nigar və Eldardan cazibədar rəqs - VİDEO

Xatirə İslam: "Açıq-saçıq paltar geyinməyə utanmırıq!"

Sənətçi müzakirələrə səbəb olan açıqlama edib

"Nadir Qafarzadəyə 14 min manat pul ödənilib, haram olsun" - TOY SAHİBİ

"Nadir Qafarzadəyə 14 min manat pul ödənilib, haram olsun"

Sabina: ""Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır"- VİDEO+FOTOLAR

Cenifer Lopez xalası qızının ad gününə Ronaldonu gətirdi- VİDEO

Sevda 30 saniyəyə 15 min qazandı

Leyla Ramazanlıdan “Çox özəl”- FOTOLAR+VİDEO

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.