Prezidentin oğlu evində ölü tapıldı

11:55 - 9 Yanvar 2017 - HADİSƏ

Polşanın sabiq prezidenti Lex Valensanın oğlu Qdansk şəhərində evində ölü tapılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın cəsədinin üzərində xəsarət izlərinin olmadığı bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Xəbər xətti